Modern.az

Ödənişli atalıq məzuniyyətinə niyə zərurət yaranıb?

Ödənişli atalıq məzuniyyətinə niyə zərurət yaranıb?

Ölkə

4 Oktyabr 2025, 14:45

Azərbaycanda ödənişli atalıq məzuniyyətini nəzərdə tutan qanun layihəsi hazırlanır. İndiyədək bu məzuniyyət növü mövcud olsa da, əksər kişilər ondan yararlanmırdı. Bunun əsas səbəbi isə atalıq məzuniyyətinin mövcud qanunvericiliyə əsasən ödənişsiz olmasıdır.

Yeni qanun layihəsinə əsasən, atalıq məzuniyyəti ödənişli əsasda tətbiq olunacaq. Məqsəd ailə institutunun möhkəmləndirilməsi, valideyn məsuliyyətinin isə daha ədalətli bölüşdürülməsidir.

Qeyd edək ki, atalıq məzuniyyətinin müddətində dəyişiklik nəzərdə tutulmur, əvvəlki kimi 14 iş günü olaraq qalacağı deyilir.

Məsələ ilə bağlı fikirlər isə birmənalı deyil. Bəzi ekspertlər hesab edir ki, atalıq məzuniyyətinin ödənişli şəkildə tətbiqi hazırkı şəraitdə məqsədəuyğun deyil.

Modern.az-a açıqlamasında hüquqşünas Mehman Muradlı qeyd edib ki, indiyədək 14 gün müddətində verilən atalıq məzuniyyəti ödənişsiz qaydada tətbiq olunurdu. Yəni vətəndaşın həyat yoldaşı doğuma getdiyi halda, ataya həmin dövr üçün məzuniyyət verilirdi ki, bu da ailəyə dəstək məqsədi daşıyırdı.

Hüquqşünas bildirib ki, atalıq məzuniyyətinin ödənişli qaydada tətbiqi bir qədər absurddur:

“Onsuz da analıq məzuniyyəti mövcuddur və bunun üçün kifayət qədər ödəniş nəzərdə tutulur. Eyni yanaşmanın atalara da şamil olunması mənə görə məntiqə uyğun deyil. Çünki Azərbaycanda demoqrafik vəziyyət kritik səviyyədə deyil. Bu kimi təşviqlər daha çox doğum səviyyəsinin aşağı olduğu ölkələrdə stimullaşdırıcı addım kimi tətbiq olunur. Bizdə isə belə bir zərurət hələ ki, görünmür”.

“Sırf hüquqşünas olaraq yanaşmama gəlincə, bu məsələ bir qədər hazırkı vəziyyət üçün məntiqsizdir”,- deyə M.Muradlı əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna BOMBA YAĞDIRIR - Rusiya cəhənnəm alovuna qərq oldu