Xəbər verdiyimiz kimi, Şirvan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva həyat yoldaşı tərəfindən bıçaqlandığı üçün xəstəxanaya yerləşdirilib.
Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 39 yaşlı Lamiyə Qambayevanın müalicəsi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
Bildirilib ki, bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu təyin olunan pasiyent üzərində zəruri instrumental-diaqnostik müayinələrdən sonra cərrahi əməliyyat icra olunub.
Hazırda onun vəziyyəti orta ağırdır.