Ötən il 107 qadın evdə doğum edib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2024-cü ildə ölkə üzrə evdə qəbul edilmiş doğuşların sayı 107 olub.
Qeyd edək ki, Azərbaycanda 2024-cü ildə 101 min 66 uşaq doğulub.