Əsgərin ölüm faktı üzrə cinayət işi başlanılıb.
Bu barədə Modern.az-a Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan verilən məlumata əsasən, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İbrahimli Əli Ramin oğlunun 05.10.2025-ci il tarixdə ölüm faktı əsasında hərbi prokurorluğun əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilib, ölüm səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilib.
Faktla bağlı HP-da cinayət işi başlanmış, hazırda istintaq davam etdirilir.