Modern.az

İlham Əliyev Putinə minnətdarlığını bildirdi

İlham Əliyev Putinə minnətdarlığını bildirdi

Ölkə

9 Oktyabr 2025, 16:34

Azərbaycan Prezidenti İlham Əliyev AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti şəxsən nəzarətdə saxladığına görə rusiyalı həmkarı Vladimir Putinə təşəkkür edib.

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Düşənbədə Putinlə görüşü zamanı bildirib.

"Bu vəziyyəti şəxsən nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. Siz istintaqın gedişinə şəxsən nəzarət edirsiniz və bizim şübhəmiz yox idi ki, o, hər şeyi obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə Sizin məhz bu məsələyə aydınlıq gətirməyi lazımlı hesab etdiyinizə görə bir daha minnətdarlığımı bildirmək istərdim”, - deyə dövlətimizin başçısı bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Kritik GÖRÜŞ BAŞLADI - Putin bir daha Əliyevdən üzr istədi