Hesablama Palatasının Mədəniyyət Nazirliyində yoxlamalara başladığı bildirilir.
Bu barədə Modern.az-a məlumat daxil olub.
Nazirlikdən sorğumuza cavab olaraq məlumat təsdiqlənib.
Bildirilib ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən aparılan yoxlama qanunvericilikdə nəzərdə tutulmuş planlı audit tədbiridir. Bu tədbir Palatanın 2025-ci il İş planına əsasən həyata keçirilir və məqsədi dövlət vəsaitlərinin xərclənməsinin qanunvericiliyə uyğunluğunun qiymətləndirilməsidir.
"Mədəniyyət Nazirliyi Hesablama Palatası ilə tam əməkdaşlıq şəraitində fəaliyyət göstərir, tələb olunan bütün sənədlər və məlumatlar təqdim olunur. Audit prosesi bitdikdən sonra nəticələr qanunvericiliyə uyğun şəkildə ictimaiyyətə açıqlanacaq", - qurumdan verilən cavabda bildirilib.