Modern.az

İtkin düşmüş şəxsin qızı: Hələ də atamın yolunu gözləyirik

İtkin düşmüş şəxsin qızı: Hələ də atamın yolunu gözləyirik

Ölkə

9 Oktyabr 2025, 17:50

İtkin Aydın Rəhimovun qızı Püstəxanım Rəhimova hələ də atasının yolunu gözlədiklərini deyib.

Modern.az-ın məlumatına görə, P.Rəhimova Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, atası itkin düşəndə onun 3 yaşı olub.

Onun sözlərinə görə, Aydın Rəhimov hərbçi kimi Qarabağ döyüşlərində iştirak edib:

"Nənəm atamın yolunu gözləyə-gözləyə qaldı. Hər gün onun köhnə hərbi formasını yoxlayırdı".

"Bugünkü tədbirin fürsətindən istifadə edərək beynəlxalq təşkilatlara səslənirəm ki, itkin qəhrəmanların taleyinə biganə qalmasınlar. Çox istərdim ki, Ermənistan tərəfi itkin şəhidlərimizin qalıqlarının yerini Azərbaycan tərəfinə açıqlasın".

İtkin Behbud Behbudovun bacısı Könül Behbudova isə 30 ildir qardaşının taleyindən xəbərsiz olduqlarını vurğulayıb:

"Biz beynəlxalq təşkilatlarda çıxış edərək itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün köməklik istəmişik".

Sizə yeni x var
Keçid et
Kritik GÖRÜŞ BAŞLADI - Putin bir daha Əliyevdən üzr istədi