Modern.az

Qəzzaya yardım aparan gəmidə azərbaycanlılar da var imiş - RƏSMİ

Qəzzaya yardım aparan gəmidə azərbaycanlılar da var imiş - RƏSMİ

Ölkə

9 Oktyabr 2025, 21:52

Oktabrın 8-də Qəzzaya humanitar yardım aparan gəmidə saxlanılan Azərbaycan vətəndaşlarının Türkiyəyə geri qayıtması nəzərdə tutulur.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, saxlanılan şəxslər arasında olan 2 nəfər Azərbaycan vətəndaşı - Pərvin Əzimov və Orxan Səmədzadə ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar.

"İsraildəki səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə grri qayıtması nəzərdə tutulur", - XİN rəsmisi bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Kritik GÖRÜŞ BAŞLADI - Putin bir daha Əliyevdən üzr istədi