Modern.az

Bakıda ağacların dibini kim betonlayıb? - FOTOLAR

Bakıda ağacların dibini kim betonlayıb? - FOTOLAR

Ölkə

10 Oktyabr 2025, 17:25

Bakıda ağacların dibi betonlanıb.

Bu barədə Modern.az-a sakinlər məlumat verib.

Paytaxtın Binəqədi rayonunu Cəfər Xəndan küçəsi 28-də yerləşən ərazidə ağacların dibinə beton töküldüyü bildirilir.

Sakinlərin təqdim etdiyi fotolarda ağacların dibinə tökülən beton aydın şəkildə görünür.

Mütəxəssislər hesab edir ki, ağac köklərinin betonlanması bitkilərin tənəffüsünü dayandırır və bu vəziyyət ekosistemdə zəncirvari təsirlər yaradır. Belə olan halda ağacların kök sistemi hava və su ilə təmasdan məhrum olur, nəticədə yaşıllıq qısa müddətdə məhv ola bilər.

Bakı Şəhər İcra Hakimiyyətinə məsələ ilə əlaqədar sorğu ünvanlanıb. Qurumdan məsələnin araşdırlacağı bildirilir.

1468698

14686991468700

1468701

1468702

1468703

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin Paşinyanla mübahisə etdi