Azərbaycan Milli Məclisinin sabiq sədri, hazırda Amerikada yaşayan Rəsul Quliyevin qızı Xanım Quliyeva 30 ildən sonra Bakıya gəlib.
Modern.az xəbər verir ki, o, Bakıda ilk olaraq Fəxri və Şəhidlər Xiyabanlarında olub.
"Çox xoşbəxtəm. Bakımızı 30 ildən sonra kəşf etmək, həyata keçirilmiş quruculuq, abadlıq işləri ilə tanış olmaq, paytaxtımızı müasir və inkişaf etmiş görmək çox qürurvericidir", - Xanım Quliyeva bildirib.
Xatırladaq ki, 1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək ailəsi ilə birlikdə ABŞ-yə köçüb. O, həmin tarixdən sonra Azərbaycana qayıtmayıb.