Modern.az

İlham Əliyev Trampla görüşdü - VİDEO

İlham Əliyev Trampla görüşdü - VİDEO

Ölkə

13 Oktyabr 2025, 19:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.

Modern.az xəbər verir ki, dövlətimizin başçısı Sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəldi.

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını salamladı.

Sonra Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp dövlətimizin başçısını salamladı.

Daha sonra Azərbaycan və ABŞ prezidentləri birgə foto çəkdirdilər.

Yaxın Şərq Sülh Sammitinin iştirakçıları birgə foto çəkdirdilər..

Həmin görüntüləri təqdim edirik:

 

Sizə yeni x var
Keçid et
Putindən Azərbaycana RUSDİLLİ ÖLKƏ damğası