Modern.az

Palçıq vulkanları ilə bağlı narahat olmaylıyıq? - AÇIQLAMA

Palçıq vulkanları ilə bağlı narahat olmaylıyıq? - AÇIQLAMA

Ölkə

14 Oktyabr 2025, 12:24

Oktyabrın 11-də saat 08:27-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin yüksək dağlıq ərazisində yerləşən palçıq vulkanında püskürmə hadisəsi qeydə alınıb.

Modern.az-a açıqlamasında AMEA-nın Palçıq vulkanizmi şöbəsinin aparıcı elmi işçisi, yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov bildirib ki, bu, geoloji hadisədir və tamamilə normal sayılır:

“Palçıq vulkanlarının püskürməsi təbii və mütəmadi şəkildə baş verən bir prosesdir. Bəzi vulkanlar uzunmüddətli fasilələrlə, bəziləri isə daha qısa dövrlərlə püskürür. Bu da normal geoloji hadisədir”.

Mütəxəssis əlavə edib ki, bu kimi püskürmələr arasında daha güclüsü də baş verə bilər:

“Palçıq vulkanlarının püskürmə gücü onların aktivlik dövründən asılıdır. Uzun fasilələrlə püskürən vulkanların püskürməsi adətən daha güclü olur. Məsələn, Qobustanda yerləşən Şıxzərli, Lökbatan və Şəkixan vulkanları tez-tez püskürənlər sırasındadır və onlarda da bu cür püskürmələr müşahidə oluna bilər”.

Orxan Abbasov vurğulayıb ki, vulkanların nə vaxt püskürəcəyinə dair dəqiq proqnoz vermək isə çətindir:

“Lakin mövcud statistik qiymətləndirmələr bəzi vulkanların daha tez-tez aktivləşdiyini göstərir. Bir daha qeyd edirəm ki, ötən həftə baş verən püskürmə hadisəsi isə tamamilə normaldır”,- deyə o qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin tüstüləndi - NATO bu raketləri Ukraynaya göndərir