Modern.az

Ramiz Mehdiyev hakimiyyəti ələ keçirmək istəyib - İTTİHAM

Ramiz Mehdiyev hakimiyyəti ələ keçirmək istəyib - İTTİHAM

Ölkə

14 Oktyabr 2025, 22:18

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev həbs olunub.

Modern.az-ın məlumatına görə, həbs barədə yeni təfərrüat açıqlanıb.

DTX Baş İstintaq İdarəsi tərəfindən keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində Ramiz Mehdiyevlə bağlı cinayət işi başladılıb.

Bu gün Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Məlumata görə, R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.

İstintaq onun yaşını nəzərə alaraq ibtidai istintaq müddətində ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin tüstüləndi - NATO bu raketləri Ukraynaya göndərir