Modern.az

“Azneft”in baş direktoru vəzifəsindən AZAD EDİLDİ

“Azneft”in baş direktoru vəzifəsindən AZAD EDİLDİ

Ölkə

15 Oktyabr 2025, 09:11

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) struktur və kadr dəyişiklikləri olub.

Modern.az-ln əldə etdiyi məlumata görə, “Azneft”in baş direktoru Əli Qurbanov vəzifəsindən azad edilib.

Yeni qərarla o, “SOCAR Upstream" xüsusi layihələr üzrə direktor vəzifəsinə təyin edilib.

Digər bir qərarla “Azneft”in baş direktoru vəzifəsi ləğv edilib. Bundan sonra İB-də müxtəlif sahələr üzrə bir neçə direktor vəzifəsi olacaq.

Əli Qurbanov daha əvvəl “Umid Babək Əmliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru vəzifəsində çalışıb. 2024-cü ildə “Azneft”ə baş direktor təyin edilmişdi.

1469599

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ramiz Mehdiyevin arxasınca kimlər VURULACAQ? - ŞOK ADLAR