Modern.az

Elmar Məmmədyarovdan etiraz: Ramiz Mehdiyevin səsini belə eşitməmişəm!

Elmar Məmmədyarovdan etiraz: Ramiz Mehdiyevin səsini belə eşitməmişəm!

Ölkə

15 Oktyabr 2025, 13:58

Azərbaycan Prezidenti Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev həbs olunub.

Onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, ictimai müzakirələrdə Ramiz Mehdiyevlə birlikdə adı hallananlar içərisində sabiq nazirlər də yer alır. Onlar arasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin, sabiq nəqliyyat naziri Ziya Məmmədovun adları hallanır. Sözügedən şəxslər tez-tez mətbuatda "Rusiyanın adamları" ittihamları ilə üzləşirlər.

Sosial mediada müzakirə olunur ki, Ramiz Mehdiyevin cinayət işi çərçivəsində onlar da istintaqa cəlb edilə bilər.

Modern.az iddialarla bağlı Elmar Məmmədyarovla danışıb. 

O bildirib ki, Ramiz Mehdiyevlə bağlı hansısa şərh vermək niyyəti yoxdur:

"Ramiz Mehdiyev Prezident Administrasiyasından çıxandan sonra onunla nə əlaqədə saxlamışam, nə səsini eşitmişəm, nə təmasım olub, nə görüşmüşəm".

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyevin Əli Kərimliylə gizli əlaqəsi - Putinin məkirli planı