Modern.az

Külli miqdarda narkotikin qaçaqmalçılıqla ölkəyə keçirilməsinin qarşısı alındı

Külli miqdarda narkotikin qaçaqmalçılıqla ölkəyə keçirilməsinin qarşısı alındı

Ölkə

15 Oktyabr 2025, 15:36

Ölkəyə külli miqdarda narkotik keçirmək istəyən şəxs saxlanılıb. 

Modern.az-ın əldə etdiyi məlumata görə, külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin Beyləqan rayonundan keçən hissəsində gizli saxlanc yerində gizlədilmiş külli miqdarda narkotik vasitələri götürərkən 23.09.1989-cu il təvəllüdlü Hüseynov Asif Vaqif oğlu saxlanılıb. 

A.Hüseynovun əldə etdiyi 3 ədəd bağlamaya keçirilmiş baxış zamanı oradan 26 kiloqrama yaxın qurudulmuş marixuana və 2520 ədəd narkotik tərkibli M40 “Metadon” həbbləri aşkar edilərək götürülüb. 
Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
Mehdiyevin Əli Kərimliylə gizli əlaqəsi - Putinin məkirli planı