Modern.az

Ramil Həsənin deputat səlahiyyətləri LƏĞV EDİLDİ

Ramil Həsənin deputat səlahiyyətləri LƏĞV EDİLDİ

Ölkə

15 Oktyabr 2025, 16:12

Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilib.

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.

***

Hazırda Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

Modern.az xəbər verir ki, iclasın gündəliyinin tərkibinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 20 iyun 2025-ci il tarixli iclas protokolunun təsdiq edilməsi, VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Sahib oğlu Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələləri daxildir.

Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında təşkilatın Baş katibi seçilib.

O, yeni vəzifəsinin icrasına bu gündən etibarən başlayıb.

1469792

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyevin Əli Kərimliylə gizli əlaqəsi - Putinin məkirli planı