Modern.az

Azərbaycanın layihələri sanksiyalardan AZAD EDİLDİ

Azərbaycanın layihələri sanksiyalardan AZAD EDİLDİ

Ölkə

15 Oktyabr 2025, 22:01

Rusiyanın "Lukoyl" və "Rosneft" neft şirkətlərinin iştirakı ilə Azərbaycan və Qazaxıstanda həyata keçirilən beynəlxalq layihələr Böyük Britaniyanın sanksiyalarından azad edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Lukoyl" və "Rosneft"i sanksiyalar siyahısına daxil edən Böyük Britaniyanın Maliyyə Nazirliyi məlumat yayıb.

 

Məlumatda bildirilir ki, "Xəzər Boru Kəməri Konsorsiumu", "TengizChevroil", "Şahdəniz", "Cənubi Qafqaz Qaz Boru Kəməri" (Bakı-Tbilisi-Ərzurum), "Azerbaijan Gas Supply Company" və "Qaraçaqanak" layihələri 2027-ci il oktyabrın 14-dək sanksiyalardan azad olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyevin Əli Kərimliylə gizli əlaqəsi - Putinin məkirli planı