Azərbaycanda 2024-cü il üzrə sabit şəbəkə telefonları (ev telefonları) istifadəçilərinin sayı azalıb.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, ötən il ölkədə sabit şəbəkə telefonlarının ümumi sayı 1 milyon 175 min nömrə təşkil edib. Onlardan 1 milyon 95 min 200-ü mənzillərdə olan sabit şəbəkə telefonlarıdır.
2023-cü ildə isə vəziyyət bir qədər fərqli olub. Belə ki, həmin il 1.4 milyondan bir qədər artıq sabit şəbəkə telefonları istifadəçisi olub. Onlardan 1.3 milyonu mənzillərdə olan sabit şəbəkə telefonları olub.
Beləliklə, bir il ərzində 230 minə yaxın insan ev telefonlarından imtina edib.