Modern.az

Naxçıvanda minlərlə turist öz evində qalıb - QƏRİBƏ STATİSTİKA

Naxçıvanda minlərlə turist öz evində qalıb - QƏRİBƏ STATİSTİKA

Ölkə

20 Oktyabr 2025, 20:09

Naxçıvana gələn turistlərlə bağlı maraqlı və ən önəmlisi, detallı rəsmi statistika açıqlanıb. Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasına 58 min 348 nəfər xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 24,3 % azdır.

Modern.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli özünün sosial media hesabında paylaşıb.

O qeyd edib ki, hesabat dövründə Naxçıvanda xarici turist, yəni 27 min 355 nəfər özünə və yaxud ailə üzvlərinə məxsus mənzillərdə qalıb. Bu, 1 il əvvələ nisbətən 14,05 % azdır:

"Qohumların və dostların evində qalanların sayı 26 min 831 nəfər olub ki, bu da illik müqayisədə 30,6 % azdır.

"Naxçıvana bu ilin ilk 8 ayında 58 min 348 nəfər xarici vətəndaş TURİST olaraq gəlib. Və bunlardan 54 min 186 nəfəri ya öz evində, ya öz ailəsinə məxsus, ya da yaxın qohum və dostlarının evində qalıblar. Bəs yerdə qalanı? Gəlin hesabatın ardına baxaq.

Maraqlı detal: ən az turist mehmanxana və mehmanxana tipli obyektlərdə qalıb – cəmi 1191 nəfər. Bu, illik müqayisədə 34,6% azdır.

Deməli, Naxçıvana 8 ayda cəmi 1191 nəfər əsl turist, xarici vətəndaş gəlib. Bu da aya 148 nəfər, günə təxminən 5 nəfər turist edir. Digər gələnlər isə Türkiyə, Rusiya və başqa ölkələri pasportunu almış naxçıvanlılardır, onlara da “turist” deyirlər" - ekspert bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyevin ŞOK səs yazısı yayıldı - Görün nələr dedi?!