Modern.az

Ramiz Mehdiyevin qardaşı oğlu ilə bağlı RƏSMİ AÇIQLAMA

Ramiz Mehdiyevin qardaşı oğlu ilə bağlı RƏSMİ AÇIQLAMA

Ölkə

21 Oktyabr 2025, 12:17

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib, barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

DTX-nın Baş İstintaq İdarəsində Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb.

Ramiz Mehdiyevin həbsindən sonra onun vəzifədə olan qohumları barədə də məlumatlar yayılıb.

Mətbuatda gedən məlumata görə, Ramiz Mehdiyevin qardaşı oğlu Telman Mehdiyev Dövlət Gömrük Komitəsində işləyir.

Modern.az məsələni dəqiqləşdirmək üçün Dövlət Gömrük Komitəsinə müraciət edib.

Qurumun mətbuat katibi Natiq Axundov saytımızın sorğusuna cavab olaraq bildirib ki, Telman Mehdiyev gömrük orqanlarında çalışmır. O, 2023-cü ildən gömrük orqanlarından təqaüdə çıxıb.

Qeyd edək ki, Telman Mehdiyev Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ramiz Mehdiyevin evində axtarış...- Nələr üzə çıxacaq?