Modern.az

Sülh dövrü başlayıb - İlham Əliyev

Sülh dövrü başlayıb - İlham Əliyev

Ölkə

21 Oktyabr 2025, 13:17

Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb.

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Prezident İlham Əliyev deyib.

Dövlətimizin başçısı qeyd edib: “Bu gün yeni mərhələ başlayır, hətta deyərdim ki, yeni dövr başlayıb – Azərbaycan ilə Ermənistan arasında sülh dövrü. Son hərbi toqquşmalardan cəmi iki il keçməmiş sülh sazişinin paraflanması hər iki ölkənin kifayət qədər yüksək səviyyədə siyasi iradə nümayiş etdirməsindən xəbər verir”.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasındakı rolu ən yüksək qiymətə layiqdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ramiz Mehdiyevin evində axtarış...- Nələr üzə çıxacaq?