Ötən gün Azərbaycandan gedən təyyarə Ermənistanın paytaxtı İrəvana yola düşüb.
Modern.az-ın məlumatına görə, təyyarənin Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü üçün İrəvana yola düşən azərbaycanlı ekspertləri daşıdığı bildirilir.
Erməni mətbuatı yazıb ki, Bakıdan gələn xüsusi reys dünən təqribən 16:00-da İrəvanda yerə enib.
Ermənistanın Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzi oktyabrın 21-22-də hər iki ölkə nümayəndələrinin iştirakı ilə İrəvanda dəyirmi masa müzakirələrinin keçiriləcəyi barədə məlumat yayıb.
Müzakirələr zamanı avqustun 8-də Vaşinqtonda keçirilən görüşdən sonra formalaşmış sülh gündəliyi, iki cəmiyyət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üzrə tədbirlər, Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın formalaşdırılmasının mümkün yolları, o cümlədən iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq.