Baş nazirin birinci müavini Yaqub Eyyubov “İstiqlal” ordeni ilə təltif edilib.
Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə təltif olunub.
Qeyd edək ki, iki gün sonra Yaqub Eyyubov 80 yaşını qeyd edəcək.