Modern.az

Bakıda 10 yeni metro stansiyası istifadəyə veriləcək

Bakıda 10 yeni metro stansiyası istifadəyə veriləcək

Ölkə

22 Oktyabr 2025, 13:04

“Cari ildə təsdiqlənmiş dövlət proqramı çərçivəsində ictimai nəqliyyat xidmətlərinin əlçatanlığının artırılması nəzərdə tutulub”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

“Eyni zamanda metro infrastrukturunun inkişafından tutmuş təqribən 300-ə yaxın vaqonun alınması, 10 yeni stansiyanın inşası (bu yalnız 2030-cu ilə qədər icra ediləcək), eləcə də dəmir yolu sahəsində tədbirlər görülür.  Bu yaxınlarda Gəncədə, bəlkə də Azərbaycanda ilk dəfə olaraq, bütöv bir şəhərdə nəqliyyat infrastrukturunu yeniləmişik. Yaxın aylarda, il sonuna qədər Naxçıvanda da analoji tədbirin yekunlaşdırılması planlaşdırılır. Qarabağla bağlı bütün şəhərlərdə infrastrukturun qurulması nəzərdə tutulur”, - deyə nazir müavini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!