"Elmə ayrılan vəsaitin 80%-i əməkhaqqına yönləndirilir. Elmlər Akademiyasına ayrılan vəsaitin 90%-i isə əməkhaqqına yönləndirilir".
Modern.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deputat Əli Məsimli deyib.
"Bu istiqamətdə elə fundamental işlər görməliyik ki, elmə ayrılan vəsait əvvəl ÜDM-in 1%-nə, sonra isə 2%-nə bərabər olsun. Neft gəlirlərini insan kapitalına çevirilməsində elm və təhsilin rolunu mühüm əhəmiyyət kəsb edir”-deyə deputat əlavə edib.