Modern.az

Baş nazirlərin təkbətək görüşü keçirilib - FOTOLAR

Baş nazirlərin təkbətək görüşü keçirilib - FOTOLAR

Ölkə

22 Oktyabr 2025, 13:30

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tbilisiyə işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Bu barədə Modern.az-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.

İ.Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib.
Görüşdə 5-ci Tbilisi İpək Yolu Forumunun əhəmiyyəti vurğulanıb.

Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin mehriban qonşuluq və strateji tərəfdaşlıq əsasında hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

Baş nazirlər iki ölkə arasında ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, neft-qaz, yaşıl enerji, humanitar və digər istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər, müxtəlif sahələrdə həyata keçirilən birgə layihələri nəzərdən keçiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!