Modern.az

Pezeşkianın köməkçisi: Cənab İlham Əliyevi Tehranda gözləyirik

Pezeşkianın köməkçisi: Cənab İlham Əliyevi Tehranda gözləyirik

Ölkə

23 Oktyabr 2025, 10:32

Tehranda səfərdə olan Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Xələf Xələfov İran Prezidentinin siyasi məsələlər üzrə köməkçisi Mehdi Sanayi ilə görüşüb.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, görüşdə Sanayi iki ölkə arasındakı dostluq münasibətlərinə toxunub və müştərək layihələrin həyata keçirilməsinə maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

İran prezidenti Məsud Pezeşkianın qonşu ölkələrlə, xüsusilə Azərbaycan Respublikası ilə əməkdaşlığın artırılmasına dair göstərişlərinə toxunan Sanayi deyib: “Cənab Pezeşkianın Bakıya səfərindən sonra əlaqələrimizdə müsbət irəliləyişlər baş verib, lakin biz quru sərhədlərinin açılması və məhbus mübadiləsi sazişinin həyata keçirilməsinə çalışmalıyıq”.

İran və Azərbaycanın yüksək səviyyəli rəsmiləri arasında tez-tez qarşılıqlı səfərlərin vacibliyini vurğulayan Sanayi bildirib ki, rəsmi Tehran yaxın gələcəkdə cənab İlham Əliyevi qəbul etməyə ümid bəsləyir.

Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Xələf Xələfov iki ölkə arasında dərin mədəni və tarixi əlaqələrə toxunaraq, “İranla bağlanmış müqavilələrin əksəriyyəti həyata keçirilir” deyib.

Xələfov bundan əvvəl İranın xarici işlər naziri Seyid Abbas Arakçi ilə görüşüb.


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Kəramət Böyükçöllə müxalifətin Mehdiyev savaşı - Nə baş verir?