Dövlət Turizm Agentliyinə Aparat rəhbəri təyin edilib.
Modern.az-ın məlumatına görə, sözügedən vəzifə Kənan Əliyevə tapşırılıb.
Kənan Firdovsi oğlu Əliyev 20 yanvar 1993-cü ildə Bakı şəhərində anadan olub.
2009-cu ildə Qərb Universitetinin nəzdindəki orta məktəbi bitirib. 2011-2014-cü illərdə Mançester Universitetinin Biznes məktəbində bakalavr təhsili alıb.
2014-2015-ci illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində İnsan resurslarının idarə edilməsi üzrə magistr təhsili alıb.
2023–2024-cü illərdə İspaniya Krallığının Madrid şəhərində yerləşən İE Universitetinin Biznes məktəbində EMBA proqramı üzrə təhsil alaraq fərqlənmə diplomu ilə məzun olub.
2016–2017-ci illərdə SOCAR-ın İnsan Resursları Departamentində kadrlar üzrə mütəxəssis vəzifəsində çalışıb. 2017–2021-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsində məsləhətçi və aparıcı məsləhətçi vəzifələrində fəaliyyət göstərib.
2021–2022-ci illərdə Dövlət Turizm Agentliyinin Beynəlxalq əlaqələr şöbəsində sektor müdiri vəzifəsində çalışıb.
2022-ci ilin sentyabr ayından 2025-ci ilin avqust ayınadək Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (UN Tourism) İspaniya Krallığının Madrid şəhərində yerləşən Baş ofisində Bazar araşdırmaları və turizm məhsulları departamentində analitik vəzifəsində çalışıb.
2025-ci ilin oktyabr ayından Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri vəzifəsində çalışır.
İngilis, rus və ispan dillərində sərbəst danışır.