Modern.az

Etibar Əliyev Sabir Məmmədlinin cavabına REAKSİYA verdi

Etibar Əliyev Sabir Məmmədlinin cavabına REAKSİYA verdi

Ölkə

24 Oktyabr 2025, 12:13

Milli Məclisin sabiq deputatı Etibar Əliyev “MediaTürk TV”nin efirində ciddi ittihamlar səsləndirib. O, qeyd edib ki, uzun illər Azərbaycanda siyasi mövzularla bağlı elmi iş yazanlar birmənalı olaraq Ramiz Mehdiyevin kitablarıdan istinad etməliymiş. Bununla bağlı xüsusi göstərişlərin olduğunu dilə gətirən E. Əliyev bu sırada Əli Həsənovun da kitabları barədə göstərişlər olduğunu söyləyib.

Etibar Əliyev qeyd edib ki, hətta özünü qatı Müsavatçı kimi göstərən Bakı Dövlət Universitetinin professoru Sabir Məmmədli də öz elmi işində Ramiz Mehdiyevlə Əli Həsənovun yazılarına istinad edib. 

Professor Sabir Məmmədli Etibar Əliyevin ittihamları ilə bağlı saytımıza danışmış və elmi işdə faktlarla əlaqədar istinad edilməsinin problem olmadığını qeyd edib. O vurğulayıb ki, faktlardan nə o özü, nə Əli Həsənov, nə də Etibar Əliyev qaça bilər.

S.Məmmədli vurğulayıb ki, heç kəs Ramiz Mehdiyev və Əli Həsənova istinad etməklə bağlı ona göstəriş verməyib: “Konkret olaraq, mənə belə bir təklif, söz deyilməyib, qətiyyən elə bir şey olmayıb. Elmi ədəbiyyatın təhlilini verəndə elmi əsərlərin hər birinin incəliklərinə toxunurlar. Bu da elmi işin birbaşa incəliyidir. Kim bunu bacarmırsa, qəbul edə bilmirsə, özündən öncəki alimlərin əsər və kitablarının üstündən xətt çəkirsə, düşünürəm ki, bu, onun elmi zəifliyidir”.

Sabiq deputat Etibar Əliyev Sabir Məmmədlinin fikirlərinə qarşı növbəti dəfə danışıb.

O, Modern.az-a açıqlamasında Sabir Məmmədlinin onun fikirlərinə çox bəsit cavab verdiyini bildirib:

"Sabir Məmmədli təhriflərə yol verib. O, Əli Həsənovun Azərbaycanın xarici siyasətinə aid xeyli sayda kitablarının olduğunu və birmənalı olaraq ona istinad olunmalı olduğunu bildirir. Ancaq dissertasiyada Əli Həsənova xeyli sayda istinad olunub. Dissertasiya isə “Müasir Azərbaycan mətbuatının inkişaf problemləri beynəlxalq təkilatların  mesia siyasəti kontekstində" adlanır. Söhbət beynəlxalq təşkilatlardan gedir. Sabir Məmmədlinin dissertasiya işinə baxıldıqda isə onun yalnız Əli Həsənovu üstün tutduğu görünür. Ancaq mən yenə demək istəyirəm ki, Əli Həsənova xeyli istinadların edilməsi məqsədli xarakter daşıyıb. Ancaq Sabir Məmmədli bir məsələyə aydınlıq gətirmir ki, onun istifadə etdiyi ədəbiyyatın 90%i rus dilində və rus müəlliflərinin məqalələri və kitablarındandır. Şübhəsiz ki, Sabir Məmmədli "Azərbaycan mətbuatının inkişafı problemlərini beyəlxalq təşkilatlatın media siyasəti kontekstində" dissertasiya işində xarici ədəbiyyatlara, müəlliflərə demək olar ki, istinad etməyib. Sabir Məmmədlinin avtoreferatı ilə tanışlıqdan da görə bilərsiniz ki, onun 48 məqaləsi rus dilində  və Rusiyada çıxan jurnallarda çap olunub. Yalnız 1 məqaləsi ingilis dilində Azərbaycanda “Tarix və onun problemləri” jurnalında dərc olunub. Halbuki Ali Attestasiya Komitəsinin tələbinə görə doktorluq  dissertasiyasını müdafiə edən iddiaçının 3 məqaləsi tanınmış xarici jurnallarda çap olunmalıydı. 48 məqalənin  rus jurnallarında çap olunması göstərir ki, Sabir Məmmədlinin tədqiqat əsərləri elə Əli Həsənov səviyyəsindən yuxarı qalxmayıb".

"Dissertasiyanı rus dilində yazsaydı, yaxşı olardı. Yəni nüfuzlu xarici jurnal deyəndə bizim professor, yalnız Rusiyada dərc olunan jurnalları nəzərdə tutur? Rusların Azərbaycana qarşı o vaxt ki təhrifləri, məkrli siyasəti yaddan çıxıb? Doktorluq dissertsiyasında təkcə əksəriyyəti maddiyyatla dərc olunub. Bunlar doktorluq dissetasiyası üçün bu qədər əhəmiyyətlidir?

Sabir Məmmədli deyir ki, Əli Həsənov Elçibəy və Ayaz Mütəllibov dövrünün mətbuatını öz kitabında təhlil edib.  Mənsub olduğun Xalq Cəbhəsi, Musavat partiyasından olan alimlərin heç xarici siyasət, Azərbaycan mətbuatının inkişafı ilə bağlı əsərləri yoxdur. Əli Həsənov onlara istinad edib. Sən əqidənə uyğun olaraq, onlara niyə istinad etmirsən?".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?