Modern.az

Putin İlham Əliyevə zəng etdi - Razılığa gəldilər

Putin İlham Əliyevə zəng etdi - Razılığa gəldilər

Ölkə

24 Oktyabr 2025, 14:32

Oktyabrın 24-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Modern.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan və Rusiya prezidentləri Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində oktyabrın 9-da keçirdikləri görüşün davamı olaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.

Dövlət başçıları iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin enerji və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsinə qarşılıqlı maraqlarını təsdiqləyiblər.

Telefon söhbəti zamanı regional əməkdaşlığın bəzi aspektlərinə və beynəlxalq vəziyyətə toxunulub.

Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.

***

14:06

Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışı olub.

Modern.az xəbər verir ki, bu barədə Kremlin məlumatında bildirilib.

Tərəflər ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi və birgə layihələrin həyata keçirilməsinə qarşılıqlı sadiqliklərini bir daha təsdiqləyiblər.

Söhbət zamanı Putin və Əliyev regional əməkdaşlığın və beynəlxalq vəziyyətin bir neçə aspektinə toxunublar və müxtəlif səviyyələrdə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?