Modern.az

Baş nazir Şuşa ilə bağlı sərəncam imzaladı

Baş nazir Şuşa ilə bağlı sərəncam imzaladı

Ölkə

24 Oktyabr 2025, 14:20

“Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nı təsdiq edilib.

Modern.az xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə sərəncam imzalayıb.

Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Dövlət Turizm Agentliyi müəyyən edilib. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılmış vəsaitlər və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdiriləcək.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?