Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəis təyin edilib.
Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Sərdar Süleyman oğlu Səfərov Agentliyin rəisi təyin olunub.
Qeyd edək ki, bu gün general-mayor İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib.