Modern.az

Anar Əsədlinin həbs səbəbi məlum oldu - YENİLƏNİB

Anar Əsədlinin həbs səbəbi məlum oldu - YENİLƏNİB

Ölkə

24 Oktyabr 2025, 19:53

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Modern.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsin həbs edilməsi barədə vəsatət verib.

2 zərərçəkən dəymiş ziyanı ödəmədiyinə görə Anar Əsədlinin həbsi barədə məhkəməyə vəsatət verib. Məhkəmə həmin vəsatəti təmin edib və onun həbsi barədə qərar çıxarıb.

Anar Əsədli məhkəmə zalında həbs edilib.

Növbəti proses 28 noyabra təyin edilib.

Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilib. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

***

19:08

Azərbaycan Yüksəliş Partiyasının (red.-ləğv edilib) sədri Anar Əsədli həbs edilib.

Modern.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi belə qərar çıxarıb.

Məlumatı onun vəkili Hikmət Əliyev "qafqazinfo"ya təsdiq edib.

Onun hansı əmələ görə həbs edildiyi hələlik məlum deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?