Modern.az

Bu yaşda olan qadınlar iki ildən bir müayinədən keçməlidirlər - Direktor müavinindən çağırış

Bu yaşda olan qadınlar iki ildən bir müayinədən keçməlidirlər - Direktor müavinindən çağırış

Ölkə

27 Oktyabr 2025, 12:30

Süd vəzi xərçəngi qadın onkoloji xəstəlikləri arasında birinci yer tutur. Dünyada hər səkkiz qadından biri bu xəstəlikdən əziyyət çəkir. Hər il minlərlə qadın süd vəzi xərçəngindən dünyasını dəyişir.

Modern.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Anar İsrafilov "Ümumdünya süd vəzi ilə mübarizə ayı” çərçivəsində “Xərçəngdən güclüsən” mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.

Anar İsrafilov qeyd edib ki, qadınlar vaxtında müalicəyə cəlb olunduqda onların müalicədən sonra 5 illik yaşama şansı 90-99 faiz arasındadır: “40-69 yaşarası bütün qadınlar iki ildən bir müayinədən keçməlidirlər. Süd vəzi xərçəngi ilə mübarizədə maarifləndirmə çox vacibdir. Erkən aşkarlanma mammoqrafiya nəticəsində müəyyən olunur. Bu çox sadə bir müayinədir. TƏBİB tərəfindən iki mobil mammoqrafiya cihazı vasitəsilə respublikada müayinələr aparılır”.

Sizə yeni x var
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı