Modern.az

Qeydiyyatsız fəaliyyət göstərən partiyalar Onları nə gözləyir?

Qeydiyyatsız fəaliyyət göstərən partiyalar - Onları nə gözləyir?

Ölkə

28 Oktyabr 2025, 10:55

2022-ci ildə "Siyasi partiyalar haqqında" qanun qəbul edilib. Partiyalar qarşısında 5000 üzv tələbi qoyulub. Siyasi qurumlar bu barədə məlumatları Ədliyyə Nazirliyinə verməklə qeydiyyat üçün müraciət ediblər. Nəticədə 26 partiya Ədliyyə Nazirliyində qeydiyyata lınıb. 

Bəzi iddialara görə, dövlət qeydiyyatına alınmasa da, hazırda fəaliyyət göstərən siyasi partiyalar var.

İnternet resurslarında belə partiyalara misal olaraq Mövsüm Səmədovun sədirlik etdiyi Azərbaycan İslam Partiyasını, Elşən Həsənovun sədrlik etdiyi Azərbaycan Sosialist Partiyasını, Mirkazım Seyidovun sədrlik etdiyi Böyük Dayaq Partiyasını, Mirfazil Həmidin sədrlik etdiyi Demokratik Birlik Partiyasını, Emin Babayevin sədrlik etdiyi Vətən Naminə Birlik Partiyası göstərilir

Maraqlıdır, qeydiyyatdan keçmədiyi halda fəaliyyət göstərən siyasi partiyaları nələr gözləyir?

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova bildirib ki, Ədliyyə Nazirliyində qeydiyyatdan keçmədən fəaliyyət göstərmək qanunaziddri:

"Qeydiyyatdan 26 siyasi partiya keçib. Onlardan fəaliyyəti zəif və ya aktiv olanları var. Adları sadalanan partiyaların fəaliyyətdə olması ilə bağlı məndə məlumat yoxdur. Artıq iki ildir ki, qüvvədə olan "Siyasi partiyalar haqqında" qanuna görə, qeydiyyatdan keçməyən partiyalar fəaliyyət göstərmir. Fəaliyyət göstərərsə, məsuliyyətə cəlb olunur. Bununla bağlı Ədliyyə Nazirliyi vəsatət qaldırır. Sonra məhkəmə onlar barədə ya cərimə, ya da digər cəza tədbirini seçir". 

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyev rus ordusunu Bakıda qarşılayacaqdı