Modern.az

Mehdiyevin 50 nəfərlik “Şurası”nda kimlər var?

Mehdiyevin 50 nəfərlik “Şurası”nda kimlər var?

Ölkə

27 Oktyabr 2025, 21:50

Bu gün Azərbaycan mediasında Ramiz Mehdiyev işi ilə bağlı yeni məlumat yayılıb

Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişi planı ilə bağlı Rusiyanın müəyyən dairələrinə göndərdiyi məktub ictimailəşib.

Məktubun mətninə görə, Mehdiyev ölkədə hakimiyyətin üç qolunun - qanunverici, icra və məhkəmə orqanlarının fəaliyyətinə nəzarəti xüsusi “Dövlət Şurası” adlı quruma həvalə etməyi təklif edib.

Məktubda qeyd olunur ki, “Dövlət Şurası” 50 nəfərdən ibarət olmalı və bu üzvlər təcrübəli dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələrindən seçilməlidir.

Modern.az xəbər verir ki, sözügedən 50 nəfərin siyahısı məlum olmasa da, bu istiqamətdə ciddi müzakirələr aparılır və siyahıda kimlərin adının olacağı barədə fikirlər səsləndirilir.

İddialara görə, Mehdiyev bu orqanın cəmiyyətdə “hakimiyyətə etimadı bərpa edəcək alternativ mexanizm” kimi təqdim olunmasını istəyib. Şuraya rəhbərliyi isə “Dövlət Şurası”nın sədri həyata keçirməliymiş.

Mətbuatda yayılan məlumatlara görə, həmin siyahıda müxtəlif sahələrin tanınmış nümayəndələri ilə yanaşı, müxalif düşərgənin rəhbərliyində təmsil olunan bəzi şəxslərin adları da yer alır. Siyahıda keçmiş və indiki məmurların, həmçinin bəzi deputatların da olduğu istisna edilmir.

Hazırda siyahının detalları dəqiqləşdirilir. Yaxın günlərdə Ramiz Mehdiyevin məktubunda adı çəkilən şəxslərin tam siyahısınım ictimaiyyətə təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidentinin 23.10.2019 tarixli fərmanı ilə Təhlükəsizlik Şurasının tərkibinə daxil edilmişdi. Hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-da qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı