Modern.az

Rusiyanın öldürdüyü Milli Qəhrəmanların büstləri - GÖRÜNTÜ 

Rusiyanın öldürdüyü Milli Qəhrəmanların büstləri - GÖRÜNTÜ 

Ölkə

28 Oktyabr 2025, 10:23

Ötən ilin dekabr ayında Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin həlak olan ekipaj üzvlərinin büstü hazırlanıb.

Modern.az xəbər verir ki, hava gəmisinin ekipaj üzvləri Milli Qəhrəmanlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökümə Əliyevanın II Fəxri Xiyabandakı məzarları üzərində büstləri qoyulub.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus Bakı-Qroznı reysini həyata keçirən "Embraer" sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həlak olub. Təyyarə Rusiya üzərində vurulduqdan sonra qəzaya uğrayıb.

Oktyabrın 9-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Görüş zamanı Rusiya Prezidenti Vladimir Putin AZAL-ın təyyarəsi ilə bağlı bir daha Prezident İlham Əliyevdən üzr istəyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyev rus ordusunu Bakıda qarşılayacaqdı