Modern.az

Azərbaycanın Omandakı səfirliyi açıldı - FOTO

Azərbaycanın Omandakı səfirliyi açıldı - FOTO

Ölkə

29 Oktyabr 2025, 17:40

Azərbaycanın Omandakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "X"də yazıb.

Nazir Omanın paytaxtı Masqat şəhərində Azərbaycan səfirliyinin rəsmi açılış mərasimində iştirakdan məmnunluğunu ifadə edib.

C.Bayramov vurğulayıb ki, yeni diplomatik nümayəndəliyin açılışı iki ölkə arasında artan tərəfdaşlığı əks etdirən mühüm bir mərhələnin göstəricisidir:

"Biz Azərbaycan və Oman xalqları üçün yeni imkanlar açmaq məqsədilə ticarət, investisiya, mədəniyyət və turizm sahələrində ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqik. Atılan bu addımlar siyasi dialoqun, xalqlar arasında əlaqələrin və uzunmüddətli tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlmiş ortaq iradəmizi əks etdirir".

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq