Modern.az

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşdü

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşdü

Ölkə

30 Oktyabr 2025, 09:40

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana işgüzar səfəri çərçivəsində xarici işlər naziri Baxtiyor Saidovla görüşüb.

Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlər ortaq tarix, mədəniyyət və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığı daha da möhkəmləndirmək, həmçinin ticarət, enerji, nəqliyyat, təhsil və əlaqəlilik sahələrində əməkdaşlığı genişləndirmək əzmini bir daha təsdiqləyiblər.

Vurğulanıb ki, bu əməkdaşlıq bölgələrimizdə sülhə və dayanıqlı inkişafa töhfə verəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır