Modern.az

ABŞ Azərbaycandan Qəzza ilə bağlı xahiş edib

ABŞ Azərbaycandan Qəzza ilə bağlı xahiş edib

Ölkə

30 Oktyabr 2025, 12:36

ABŞ Azərbaycandan Qəzzada “Sabitlik qüvvələri”nə qoşulmağı xahiş edib.

Modern.az xəbər verir ki, bu barədə “AnewZ” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Bakı bununla bağlı hələ son qərar verməyib. Azərbaycanın irəli sürdüyü tələb isə ölkənin bu missiyada hər hansı iştirakı BMT Təhlükəsizlik Şurasının qərarı ilə beynəlxalq legitimliyi təmin edən və aydın mandat verən bir çərçivədə olmalıdır.

Qeyd olunur ki, bu missiya klassik BMT sülhməramlı əməliyyatı deyil. Missiya Balkan münaqişələrindən sonra tətbiq olunan sülh quruculuğuna bənzəyir. Məqsəd əsas obyektləri qorumaq, humanitar yardımın çatdırılmasını təmin etmək və siyasi strukturlar formalaşana qədər silahlı qarşıdurmanın təkrarlanmasının qarşısını almaqdır.

ABŞ Qəzzaya öz qoşunlarını göndərməyi planlaşdırmır, əvəzində Vaşinqton etibarlı regional və beynəlxalq tərəfdaşlardan ibarət koalisiya yaratmaq niyyətindədir. Azərbaycana bu strateji sülh təşəbbüsünə diplomatik balans və təcrübə baxımından töhfə verə biləcək etibarlı tərəfdaş kimi baxılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya ABŞ-ni də hədələdi - "Poseydon" cəhənnəm yaşadacaq