Modern.az

“Qarabağ” - “Çelsi” oyununun hakimləri müəyyənləşdi

“Qarabağ” - “Çelsi” oyununun hakimləri müəyyənləşdi

Ölkə

30 Oktyabr 2025, 14:46

UEFA Gənclər Liqasının əsas mərhələsində Bakıda "Qarabağ"la İngiltərənin "Çelsi" komandası arasında keçiriləcək IV tur oyununun hakimləri açıqlanıb.

Modern.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Dmitri Kubryak olacaq. Ona yan xətt hakimləri Vitali Skoblya və Aleksandr Korniyko kömək edəcəklər. Dördüncü hakim funksiyasını azərbaycanlı ədalət təmsilçisi Fərid Hacıyev yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 5-də “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Çelsi” matçı saat 15:00-da başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya ABŞ-ni də hədələdi - "Poseydon" cəhənnəm yaşadacaq