Modern.az

Həbs edilən icra başçısı İŞDƏN ÇIXARILDI - SƏRƏNCAM

Həbs edilən icra başçısı İŞDƏN ÇIXARILDI - SƏRƏNCAM

Ölkə

30 Oktyabr 2025, 15:12

İslam Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, İslam Rzayevin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanıldığı barədə xəbər yayılıb. Onun korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində saxlanıldığı bildirilir.

İslam Rzayev 18 may 2011-ci ildə təyin edilmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır