8 Noyabr – Zəfər günü ilə bağlı paytaxtda təşkil ediləcək paradla əlaqədar Azadlıq Meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılacaq.
Bu barədə Modern.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, noyabrın 3-dən 9-dək Zəfər paradına hazırlıq müddətində və bayram günündə yeraltı dayanacaq fəaliyyət göstərməyəcək.