Modern.az

Ceyhun Bayramov Səmərqənddə Mirziyoyevlə görüşdü

Ceyhun Bayramov Səmərqənddə Mirziyoyevlə görüşdü

Ölkə

30 Oktyabr 2025, 17:22

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Prezidenti Şövkət Mirziyoyev ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan XİN "X"-də paylaşım edib.

Görüş Səmərqənddə keçirilən UNESCO Baş Konfransının 43-cü sessiyası çərçivəsində baş tutub.

Ceyhun Bayramov Özbəkistanı bu mötəbər qlobal toplantının uğurlu ev sahibliyi və əla təşkilatçılığı münasibətilə səmimi qəlbdən təbrik edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır