Modern.az

Elm və Təhsil Nazirliyi yoxlamalara AYDINLIQ GƏTİRDİ

Elm və Təhsil Nazirliyi yoxlamalara AYDINLIQ GƏTİRDİ

Ölkə

31 Oktyabr 2025, 11:24

Elm və Təhsil Nazirliyi bu qurumda aparılan yoxlamalara aydınlıq gətirib.

Nazirlikdən Modern.az-a bildirilib ki, Hesablama Palatasının keçirdiyi audit razılışdırılmış tədbirdir. Yəni yoxlamalar Elm və Təhsil Nazirliyi ilə Hesablama Palatası tərəfindən aparılır.

Nazirlikdən deyilib ki, aparılan audit tədbirləri davamlı prosesdir. Elm və Təhsil Nazirliyində hər il belə nəzarət tədbirləri həyata keçirilir. "Bu hər il ənənəvi həyata keçirilən bir prosesdir", - açıqlamada bildirilib.

Hazırda aparılan audit yoxlamaları nazirliyin fəaliyyətində təhsil sisteminin informasiyalaşdırılması proseslərinin səmərəliliyi və nəticəliliyinin qiymətləndirilməsini əhatə edir. Bununla yanaşı, nazirliyin tabeliyində fəaliyyət göstərən “Təhsil Respublika İdman Mərkəzi” publik hüquqi şəxsdə də nəzarət tədbiri həyata keçirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?