Modern.az

Fazil Mustafa partiya sədrini İrana işləməkdə suçladı - QALMAQAL (VİDEO)

Fazil Mustafa partiya sədrini İrana işləməkdə suçladı - QALMAQAL (VİDEO)

Ölkə

4 Noyabr 2025, 20:29

Azad Vətən Partiyasının sədri Akif Nağının "Media Türk TV"nin efirində səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. 

O, Milli Məclisin komitə sədri, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın ixtisasca hüquqşünas olduğunu, amma fəlsəfə üzrə namizədliyi müdafiə etdiyini bildirib. Akif Nağı deputatın Azərbaycan tarixini təhrif etdiyini, onun müəyyən mərkəzlər tərəfindən idarə olunduğunu iddia edib.

Partiya sədri Fazil Mustafanın kitablarını da tənqid edib.

Modern.az xəbər verir ki, Fazil Mustafa Akif Nağının iddialarına münasibət bildirib.

O, Akif Nağını "İran xətti müdafiə edən adam" adlandırıb. Deputat qeyd edib ki, Akif Nağı Taleh Bağırzadənin başqa bir versiyasıdır.

Partiya sədri əlavə edib ki, Azərbaycanda səfəviliyi kim qabardırsa, həmin şəxs İranın maraqlarına xidmət edir.

Daha ətraflı aşağıdakı verilişdə:

 

Sizə yeni x var
Keçid et
REGİON ÇALXALANIR! Kritik xəbərdarlıq: İrana hücum olacaq!