Modern.az

Bakıdakı məşhur restoranda Fələstinə görə MÜBAHİSƏ

Bakıdakı məşhur restoranda Fələstinə görə MÜBAHİSƏ

Ölkə

5 Noyabr 2025, 12:24

Bir neçə gün öncə paytaxtın məşhur restoranlarından birində - "Soul Kitchen Terrace Baku"da Fələstin bayrağı ilə bağlı mübahisə yaşanıb.

Modern.az-ın məlumatına görə, restoranın qonağı olan xarici müştərilər məkanın onlayn menyusunun dil seçimi bölümündə Ərəb dilinin qarşısında Fələstin bayrağının əks olunmasına etiraz ediblər.

Onlar bu bölümdən Fələstin bayrağının dərhal çıxarılmasını, əks təqdirdə restoranı tərk edəcəklərini və "Soul Kitchen Terrace Baku"nu boykot etməyə çağıracaqlarını bildiriblər. Lakin restoranın administrasiyası xarici müştərilərin bu təhdid və tələbinə əməl etməyib. Bu zaman sözügedən müştərilər məkanı tərk edib və özlərinin sosial şəbəkələrdəki səhifələrindən restorana getməməklə bağlı paylaşımlar ediblər.

"Soul Kitchen Terrace Baku"dan bildirilib ki, öz mövqelərində qalırlar və menyuda Ərəb dili bölməsi Fələstin bayrağı ilə təqdim edilməyə davam edir. Onlar bu addımı restoranın Fələstin xalqına mənəvi dəstəyi kimi qeyd ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Ramiz Mehdiyevə görə Miilli Məclis buraxılır?