Modern.az

Qarabağın azadlığından da böyük ZƏFƏR var

Ölkə

6 Noyabr 2025, 14:20

Bunu bilirdinizmi... 

Bir gün sonra Zəfərimizin 5 yaşı tamam olur. 
Beş yaş uşaq üçün addım, millət üçün tarix, torpaq üçün əbədiyyətdir. 
Uşaq, millət və torpaq gələcək deməkdir...
Zəfərin beş ilinə min ilin qüruru sığışıb.
Beş il əvvəl bu xalq öz qanı ilə, öz iradəsi ilə, öz ruhu ilə tarixinin ən böyük səhifəsini yazdı. 
O gün Qarabağ azad oldu...
İlk baxışdan elə görünürdü ki, bundan böyük qalibiyyət yoxdur. 
Əslində isə daha böyük Qələbəmiz vardı, 
MƏNƏVİ ƏSARƏTDƏN QURTULDUQ, MƏĞLUBİYYƏT PSİXOLOGİYASINDAN AZAD OLDUQ. 
Məğlubiyyət məhv edildi, torpağın altına gömüldü, tarixin üst qatında millətin dirçəlişi Günəş kimi işıq saçdı. Bu o deməkdir ki, beş il əvvəl tarixi günümzə gətirdik. 
Bu il məğlubiyyət sindromunu qırdığımızın beşinci ilidir.
Bu il işğal günlərini təqvimlərdən sildiyimizin beşinci ilidir.
Bu il Şəhid ruhların Qarabağda, Şərqi Zəngəzurda şad dolaşdığının beşinci ilidir.
Bu illər daha çox məcburi köçkünlüyə son qoyan, qüruruna dönən insanların illəridir.

Beş il əvvəl İlham Əliyev qanını qaşığa qoydu, 
Qarabağ azad ediləcək, QARABAĞ AZƏRBAYCADIR və NİDA dedi..
Və beş il əvvəl dünya eşitdi, gördü ki, Azərbaycan dediyini edir.
 

Bu beş ildə qan təzələndi,
can təzələndi,
iman təzələndi,
xalq təzələndi.
Qarabağ təzələndi, insan təzələndi, ruh təzələndi.
Bu beş ildə biz min illərdə böyümək istədiyimiz qədər böyüdük.

Amma bütün bunlardan sonra bilrisiniz nə problem yarandı və indi o problem hər kəsin içində bir yanğıya çevrilib...
Özünü Zəfərə layiq görmək yanğısı, 
Zəfərə uyğun düşünmək istəyi, 
Azərbaycana çalışmaq əzmi,
... və bütün bunları bacarmaq...
Axı qalib millətin vicdanı məğlub insanınkı kimi olmur, fərqli olur.

Bu beş ildə Vətən anlayışı daha dərinləşdi,
torpaq daha da müqəddəsləşdi,
qürur daha canlı oldu,
millət da daha bütövləşdi.

Konkterləşdirək, biz beş ildə min ilin itirilmiş dəyərlərini (VƏTƏN, TORPAQ, QÜRUR, QAYIDIŞ, GÜC) bərpa etdik!
 
Bu beş il bizi hər sahədə qalib etdi... 
Bu illərdə Azərbaycan dəmir yollarında gələcəyini qurur, hegemona çevrilir,
enerji xəritəsində dünyanı yönləndirir, hegemona çevrilir,
siyasətdə söz sahibi olur, hegemona çevrilir,
diplomatiyada məktəb yaradır, hegemona çevrilir,

və ən nəhyət, GÜC MƏRKƏZİNƏ ÇEVRİLİR... hegemona çevrilir.


İndiki dünya gerçəkliyində NƏHƏNG AZƏRBAYCAN anlayışı var. 
Bunu Zəfər ruhu yaradır. 
Arxamızda ağıllı strategiya, qarşımızda xalqını düşünən lider, yanımızda bir ailəyə çevrilən millət var.

Bu yol bir başqa yoldur, 
Şəhid oluruq, ölmürük.
Qazi oluruq, dönmürük.
Bu yolda biz xalq oluruq, Böyük Azərbaycan oluruq.
 
Bu Zəfəri liderinə inanan xalq, xalqına güvənən liderlə qazandıq.
Və bunu taleyin işi deyə, qəbul etməyin. 
Bu, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsidir.
İlham Əliyev Azərbaycan üçün mümkün olanı və olmayanı etdi.
O, bir millətə min illər boyu əlindən alınmış inamı özünə qaytardı. 
Gələcəyi də cızır, 
Əbədi qalibiyyətimiz üçün...
Zəfər xoşbəxtlikdir.
Zəfər gücdür.
Zəfər qürurdur.
Zəfər Şuşadır, Kəlbəcərdir, Xankəndidir.
Zəfər Təbrizə gedən yoldur.
Zəfər YAXŞI gələcəkdir.
Bu beş il bir millətin yenidən doğuluş salnaməsidir.
Beş ildə qalibiyyəti dərk etdik, qüruru daddıq, birliyi yaşadıq.
Qalib olmaq çox yüksəkdə dayanmaqdır. 
Özgüvəndir, perspektivdir...
Biz artıq başqa millətik.
Qorxu, şikayət keçmişdə qaldı. 
Qürurdan danışan, zəfərdən bəhs edən millətik.
Zəfər Şəhidlərimizin əmanətidir.
Bu Zəfər üçün hər şeyə dəyər, yaşamağa da, ölməyə də...
Bu Zəfər xalqın dəyəridir.
... min ilin həsrətinin sona çatmasıdır!
Zəfərin əbədi olsun, Azərbaycanım!

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı