Modern.az

Azərbaycanda əsgərlər xüsusi telefonlar ALA BİLƏCƏK

Azərbaycanda əsgərlər xüsusi telefonlar ALA BİLƏCƏK

Ölkə

6 Noyabr 2025, 16:55

Azərbaycan əsgərləri yaxın vaxtlarda xidmət dövründə ailələri ilə daha rahat, amma eyni zamanda tam nəzarətli şəkildə əlaqə saxlaya biləcəklər. 2026-cı ildən etibarən hərbi xidmətə çağırılan gənclər üçün “Əsgərcell” adlı xüsusi mobil rabitə paketi istifadəyə veriləcək.

Bununla bağlı Müdafiə Nazirliyi və “Azercell Telekom” MMC arasında yeni memorandum imzalanıb. Layihənin əsas məqsədi əsgərlərin xidmət zamanı ailə üzvləri və sevdikləri ilə təhlükəsiz, məhdud və etibarlı rabitə imkanını təmin etməkdir.

Modern.az-ın əldə etdiyi məlumata görə, istənilən əsgər bu cihazdan istifadə edə biləcək.

Yeni sistem çərçivəsində əsgərlərə xüsusi şərtlərlə mobil cihaz və nömrə təqdim ediləcək. Hərbi qulluqçu yalnız “ağ siyahı”ya daxil etdiyi 5 nömrə ilə əlaqə saxlaya biləcək. Əsgər istədiyi 5 nömrəni - ata ana bacı qardaş və s. siyahıya saldıra bilər. 

İnternet, SMS, beynəlxalq və rouminq xidmətləri tam bağlanacaq. Sadəcə təcili yardım, polis və yanğınsöndürmə kimi vacib xidmət nömrələrinə zənglər edilə biləcək.

Qeyd edək ki, hərbi hissələrdə ağıllı cihaz (smartfon və sair) qadağası qüvvədə qalır. Əsgərlərin əldə edə biləcəyi cihazlar xüsusi qurğular olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı